
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, institutun əməkdaşları – professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Ərazidə aparılan qazıntıların rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov kurqan çölündə diametri 21 metr olan, ətrafı kromlexlə əhatələnmiş eramızdan əvvəl I minilliyin birinci yarısına aid qəbir abidəsi haqqında məlumat verib. İki kameradan ibarət kurqandan insan skeletləri və maddi mədəniyyət nümunələri aşkar olunub. Qoruğun direktoru Musa Mursaquliyev aparılan arxeoloji qazıntı işlərindən tam razı qaldığını söyləyib.
Tədqiqatlar davam edir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










