
Lənkəranda torpaq qatı sürüşərək Ulum çaya tökülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb. Belə ki, təqribən 200 metr uzunluğunda və 7 metr hündürlükdən torpaq kütləsi sürüşərək Ulum çayına tökülüb, nəticədə ərazidə müəyyən çətinliklər yaranıb.
Lənkəran Su Melorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb və sürüşmənin nəticələrinin aradan qaldırılması, həmçinin gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi istiqamətində işlərə başlanılıb.
Müxbir- İlkin Adıyev
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










