
Bu gündən Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində, həmçinin “2025” istehsal ili əks olunub.
Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.
Pulun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










