“Əgər ATƏT-in Minsk qrupunda bir nəfər azalacaqsa, bu, özü-özlüyündə formatın dəyişməsi deməkdir”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyi Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına və Minsk qrupu formatının dəyişə biləcəyinə dair açıqlamasına münasibət bildirərkən deyib.
O əlavə edib ki, məsələyə praktik deyil, nəzəri baxımdan yanaşır: “Çünki bu sual ABŞ tərəfinə ünvanlanmalıdır. Burada
məntiqi olmayan heç nə yoxdur. Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək. Bu hansı səbəbdən olacaq, pullarımı çatmayacaq, artıq yeni məsələ olacaq. Dağlıq Qarabağ məsələsi bizim üçün beynəlxalq gündəlikdə olan prioritet məsələlərdən biridir. Söhbət tək qonşularımızdan getmir, bizi bu xalqlarla həyat, tale bağlayır. Biz yüz illərlə bu xalqlarla eyni taleyi bölüşmüşük. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi bizim üçün prioritetdir”.

















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











