
Fevralın 1-də Marneulidə “Borçalı Xalçası-Keçmişdən Gələcəyə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində xalçaçılıq kursu üzvlərinin əl işlərindən olan bir böyük və beş kiçik xalçanın dəzgahdan kəsimi həyata keçirilib.
Sonra Borçalı xalçaçılığı barədə məlumat verilib.
“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin direktoru Murad Muradov və “Tea House” xalça müəllimi Nabat Anazarova tədbirdə çıxış edərək, xalçaçılığın tarixi, inkişafının vacibliyi və bu istiqamətdə görülən işlər, gələcək planlar barədə danışıblar.
Daha sonra Mərkəzin ingilis dili kursunun üzvləri İnci Aşirova və Asya Bayramova Azərbaycanın Xalq şairləri Məmməd Araz və Mirvarid Dilbazinin xalça mövzusunda olan şeirlərindən parçalar söyləyiblər.
“Buta” rəqs ansamblı Azərbaycan milli rəqslərini, piano kursunun üzvləri isə pianoda musiqi ifa ediblər.
Qeyd edək ki, Borçalı xalçaçılıq sənətinin qorunması və inkişafı ilə bağlı layihə 2012-ci ildən SOCAR-ın dəstəyi ilə Gürcüstanın Marneuli şəhərində həyata keçirilir. Layihə çərçivəsində 14 minə yaxın gənc elm, təhsil, incəsənət və idman sahəsində kurslardan ödənişsiz olaraq yararlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










