
Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu, Xalq artisti Qara Qarayevin anadan olmasının 108 illiyi Marneulidəki “Tea House”də qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Tea House”da pianino kursunun tələbələri konsert proqramı ilə çıxış ediblər.
Həm də hesabat xarakteri daşıyan tədbirdə valideynlər, müəllimlər və qonaqlar iştirak ediblər.
Əvvəlcə iştirakçılara Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verilib.
Pianino müəllimi Nailə Ataxəlilova və “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək, Qara Qarayevin yaradıcılığından, pedaqoji fəaliyyətindən, eləcə də, onun yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəylinin rolundan bəhs ediblər.
Sonra pianino kursunun tələbəsi Şahvələd Çerpanov Qara Qarayevin “Kiçik vals” əsərini ifa edib. Daha sonra kursun yetirmələri müxtəlif janrlarda musiqi əsərləri ifa edərək, il ərzində qazandıqları bilik və təcrübəni səhnədə uğurla göstəriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










