Moldova Prezidenti Maya Sandu bu ölkədə yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Maya Sandunun təbrikində 3000 ildən artıq ənənəyə malik olan Novruz bayramının 2009-cu ilin sentyabr ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi və 2010-cu ilin fevralında BMT Baş Assambleyasının 21 martı saflıq və əbədi bəşəri dəyərləri ifadə edən Beynəlxalq Novruz Günü elan etdiyi xatırladılır. Bildirilir ki, Novruz ailə ilə cəmiyyətin vəhdəti deməkdir, mədəni ənənələrin zaman keçdikcə inkişaf etməsi və əbədiləşməsi deməkdir.
“Moldova Respublikasının azərbaycanlıları icmasını və Novruz bayramını qeyd edənləri gözəl və təzələnən bayram münasibətilə təbrik edirəm. Eviniz bütün sevdiklərinizin görüş yerinə çevrilsin, ruhunuz xeyrə, nura açıq olsun. Novruz bayramınız mübarək olsun!”, – deyə təbrikdə qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










