
Hörmüz boğazında dəniz nəqliyyatının müharibədən əvvəlki səviyyəyə qayıtması minaların təmizlənməsi zərurəti səbəbindən bir neçə ay çəkə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin məlumatında qeyd olunub.
Məlumata görə, Yaponiyanın “NYK Line” gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa nəşrə açıqlamasında bildirib ki, atəşkəsin qüvvədə olmasına baxmayaraq, bölgədə dəniz daşımalarının tam bərpası üçün uzun müddət tələb olunacaq.
Onun sözlərinə görə, hazırda gəmiçilik marşrutları ciddi şəkildə məhdudlaşıb və gəmilər yalnız İranın Larak adası yaxınlığından və Oman sahilləri boyunca hərəkət edə bilir. Bildirilir ki, Hörmüz boğazında 80-ə yaxın minanın qaldığı ehtimal olunur.
Şirkət rəhbəri əlavə edib ki, gəmilər boğaza sərbəst daxil olub-çıxa bilsələr belə, nəqliyyat həcmi bir müddət normal səviyyənin yarısından aşağı qalacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










