
Aprelin 2-də ABŞ vasitəçi ölkə vasitəsilə İrana 48 saatlıq atəşkəs təklif edib. Tehran isə buna hücumlarının intensivliyini artırmaqla cavab verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fars xəbər agentliyi mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, təklif “İran İslam Respublikasının hərbi potensialının səhv qiymətləndirilməsi nəticəsində ABŞ Silahlı Qüvvələri üçün ciddi problemlərin yaranmasından” sonra irəli sürülüb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton silahlı münaqişəyə son qoymaq üçün “yeni, daha ağlabatan” İran hakimiyyəti ilə danışıqlar aparır.
İslam Respublikasının Xarici İşlər Nazirliyi isə Amerika liderinin açıqlamalarını dəfələrlə təkzib edərək bildirib ki, Tehran vasitəçilər vasitəsilə ABŞ-dən bir neçə təklif alıb və bu təklifləri “məntiqsiz” və “həddindən artıq sərt” kimi qiymətləndirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










