“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”
APA-nın xəbərinə görə, bunu birinci vitse-prezident Mehriban Əliyeva özünün “twitter” bloqunda yazıb. Mehriban Əliyeva “Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!”, – deyə qeyd edib.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
http://www.apa.az/dagliq_qarabag/mehriban-eliyeva-azerbaycan-ermeni-isgalina-gunahsiz-insanlarin-qetle-yetirilmesine-qarsidir-3113.html

















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











