
Milanda keçirilən Qış Olimpiya Oyunları təkcə idman mübarizəsi ilə deyil, həm də kostyum dizaynı ilə diqqət mərkəzindədir. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən elan edilmiş və milli olimpiya yığmalarının ən yaxşı formalarının seçilməsini nəzərdə tutan müsabiqənin nəticələri dünya üzrə aparıcı kostyum dizaynerləri tərəfindən böyük maraqla gözlənilir.
Moda və səhnə kostyumu sahəsində tanınmış mütəxəssislər hesab edirlər ki, bu il təqdim olunan formalar estetik yanaşma, milli identiklik və funksionallığın uğurlu sintezini nümayiş etdirir. Bir çox ölkə dizaynda innovativ materiallardan, ekoloji təmiz parçalardan və müasir texnologiyalardan istifadə edib.
Ekspertlərin fikrincə, BOK-un müsabiqəsi Olimpiya modasının inkişafına yeni impuls verəcək. Nəticələrin açıqlanması isə idman və moda dünyası arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










