
Milli Kitabxanada əqli mülkiyyət hüquqlarının, yaradıcılıq və ixtiraların qorunmasının təbliği məqsədilə “26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəllif hüquqları, patent hüquqları, müvafiq qanunvericilik aktları, qorunma mexanizmləri və beynəlxalq standartlar, ticarət nişanları və sənaye nümunələri, Azərbaycan folkloru nümunələri, qeyri-maddi mədəni irs nümunələri, erməni plagiatçılığı və s. haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Beynəlxalq Əqli Mülkiyyət Gününün məqsədi insan yaradıcılığının, ixtiraların və innovasiyaların qorunmasının əhəmiyyətini cəmiyyətə çatdırmaqdır. Hər il bu gün müəyyən bir mövzu altında keçirilir. 2026-cı il üçün günün mövzusu “Əqli mülkiyyət və idman: hazır olun, təyin edin, innovasiya edin!” adlanır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










