Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün sentyabrın 16-dan 20-dək Moskvada səfərdə olacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.
Deputatlarımız əvvəlcə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaqlar. Səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəklər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











