
Astara Olimpiya İdman Kompleksində uşu-sanda idman növü üzrə Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş klublararası turnir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Astara–Lənkəran Regional Gənclər və İdman İdarəsi, Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda İsmayıllı, Göyçay, Bərdə, Astara, Masallı və Bakı şəhərlərindən olmaqla 100-dən çox yeniyetmə və gənc idmançı iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif çəki dərəcələri üzrə qaliblər və mükafatçılar müəyyənləşdirilib.
Uğur qazanan idmançılar Azərbaycan Uşu Federasiyasının və Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Qeyd olunub ki, yarışın əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda, sağlam, intizamlı və idmana maraqlı şəkildə yetişdirilməsidir. Bu məqsədlə Azərbaycan Uşu Federasiyası tərəfindən 2026-cı ildə də şəhidlərimizin və milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş turnirlərin silsilə şəkildə keçirilməsi nəzərdə tutulur.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










