Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 32 min 285 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 min 207 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10 min 447 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










