Dekabrın 26-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, MSK-nın iclasında daha səkkiz nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Sarvan Kərimov, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkarimovun, Yunus Oğuzun, Qulamhüseyn Əlibəylinin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.