Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb. Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










