
Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.
Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.
Öz növbəsində Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










