Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndində yerləşən mövqelər də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Tərtər rayonunun Göyarx, Çaylı, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











