
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.
Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.
General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










