
Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad edilib.
Rəhbərlik hospitalda müalicə olunan Vətən müharibəsi qaziləri və digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Hərbi qulluqçulara Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təbrikləri çatdırılıb və dövlətimizin başçısı adından bayram sovqatları təqdim edilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










