
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsi təqdim olunub.

Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib və onlarla çay süfrəsi arxasında söhbət aparıb.
Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
http://mod.gov.az/index2.php?content=news%2F2016%2F20160510_mncebhe


















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











