Azərbaycanın görkəmli şairi Musa Yaqubun 80 illik yubileyi ərəfəsində “İndi bildim nağıldı…” kitabı işıq üzü görüb. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə nəşr olunan kitaba şairin müxtəlif mövzularda 400-dən artıq şeiri və iki poeması daxil edilib. Kitab Elxan Süleymanovun ön sözü ilə açılır. On iki bölümə ayrılmış kitabda şairin yeni əsərləri ilə yanaşı, çoxumuz üçün uşaqlıqdan tanış olan məşhur şeirləri də yer alıb. Bölümlərin hər biri xüsusi olaraq kitab üçün çəkilmiş illüstrasiyalarla başlanır. Kitabda həmçinin Musa Yaqubun geniüsahibəsi də dərc olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab əməkdar jurnalist Fuad Babayevin rəhbərliyi ilə “1905.az STUDİO”da nəşrə hazırlanıb, tərtibçi Nəzirməmməd Zöhrablı, məsul redaktor Gündüz Nəsibovdur.
Mayın 3-də saat 19.00-da Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə Musa Yaqubun 80 illik yubileyi münasibətilə keçiriləcək təntənəli tədbirdə “İndi bildim nağıldı…” kitabı da təqdim olunacaq.

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









