
“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi ərəfəsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin komando bölmələri xüsusi tapşırıqların icrasını məşq ediblər.
Müdafiə Nazirliyindən AZƏRTAc-a bildirilib ki, plana uyğun olaraq əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yerləşən müvəqqəti sığınacaqlarının müəyyən edilməsi və mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









