
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nərimanov filialında Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş məktəblilər arasında “Nəsillərə nümunə olan ömür yolu” adlı bilik yarışı keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda rayon ərazisində yerləşən 18 orta ümumtəhsil məktəbindən 39 şagird iştirak edib.
Yarışın yekun nəticələrə görə, Fatimə Şabanova (Məktəb-Lisey Kompleksi) və 202 nömrəli tam orta məktəbin şagirdi Əli Sadıqov birinci olublar. Vasif Yusifli (82 nömrəli tam orta məktəb) və Uğur Məmmədov (202 nömrəli tam orta məktəb) yarışı ikinci pillədə başa vurublar. Arzum Babaşova (45 nömrəli tam orta məktəb) və Cəlal Əbilov (93 nömrəli tam orta məktəb) üçüncü pillədə qərarlaşıblar.
Sonda qalib gələn şagirdlər İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.
Həmçinin 10 şagird yaxşı nəticə göstərdiklərinə görə fəxri fərmanla təltif ediliblər.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









