
NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Bu vəzifəyə Kevin Hamilton təyin olunub.
K.Hamilton bu iki strateji əhəmiyyətli regionda Alyansın siyasətinin inkişafına cavabdeh olacaq.
O, həmçinin Siyasi məsələlər və təhlükəsizlik siyasəti bölməsində Baş katibin tərəfdaşlıq üzrə köməkçisinin müavini vəzifəsində çalışır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










