
Naxçıvan Muxtar Respublikasında şagird-kompüter nisbətinin ölkə məktəblərinin səviyyəsinə (6:1) çatdırılması üçün ümumilikdə 4300 yeni kompüterin alınması planlaşdırılır.
Muxtar respublika Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq 2290 noutbuk alınıb və 2026–2027-ci tədris ilinin əvvəlində məktəblərə paylanacaq. İlkin mərhələdə kompüterlər şagird kontingenti çox olan Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən böyük məktəblərə veriləcək. Proses mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə daha 2100 noutbukun da təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.
Müxbir- Nail Əsgərov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










