Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü, suverenliyini qarşılıqlı tanımağa əsaslanmalıdır. Münasibətlərin normallaşdırılmasında bundan başqa alternativ yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə mətbuata birgə bəyanatında deyib.
“Avropa İttifaqı postmünaqişə dövründə mühüm rol oynayır. Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini və dəstəyini alqışlayırıq. Brüssel görüşləri Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün çox faydalı idi”, – deyə nazir qeyd edib.
Minatəmizləmə prosesinin postmünaqişə dövründə yenidənqurmanın əsas elementi olduğunu deyən C.Bayramov bildirib ki, ölkəmizin işğaldan azad olunmuş ərazilərində minatəmizləmə işlərinə daha böyük beynəlxalq yardımın göstərilməsinə ehtiyac var. “Humanitar minatəmizləmə sahəsində göstərilən köməyə və son olaraq 4 milyon avroluq yardım paketinə görə Avropa İttifaqına minnətdarıq”, – deyə nazir vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










