Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirək. Azərbaycan bu illər ərzində dünyanın ən böyük layihələrini icra edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən Azərbaycan Respublikasının yeni Baş naziri Novruz Məmmədov bildirib.
Novruz Məmmədov deyib ki, Azərbaycan geosiyasi proseslərin mərkəzində yerləşir. Belə bir vəziyyətdə sabitliyin, inkişafın davam etdirilməsi hər birimizin qarşısında böyük vəzifələr qoyur. Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir. Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalaraq bu yolu davam etdirəcəyik.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










