Milli Hidrometeorologiya Xidmətinin martın 19-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, əksər bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakı və Abşeron yarımadası, Qobustan, Sabirabad, Kürdəmir, Göyçay, Yevlax, Mingəçevir, Naftalan, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Naxçıvan, Şərur, Sədərək, Şahbuz, Culfa, Şamaxı, İsmayıllı, Ağsu, Oğuz, Ağdam, Ağcabədi, Tərtər, Zərdab, Beyləqan, Lənkəran, Biləsuvar, Astara, Lerik, Yardımlı, Neftçala, Cəlilabad, İmişli, Qax, Balakən, Zaqatala, Qəbələ, Şəki, Quba, Şabrana yağış, Qusar, Şahdağ, Xaltan, Qrız, Daşkəsən, Kəlbəcər, Gədəbəyə isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 9, Daşkəsəndə 3, Kəlbəcər, Gədəbəydə 2 santimetr olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcə isti, Naxçıvan MR-də 0-5 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.
Sumqayıt, Qobustan, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Tərtər, Beyəqan, Altıağac, Qusarda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










