Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan Muxtar Respublikasında 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










