
Oman Sultanlığı ilə İran arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC Oman Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata istinadla xəbər verir ki, bu gün iki ölkənin xarici işlər nazirliklərinin müavinləri səviyyəsində görüş keçirilib. Görüş zamanı regionda mövcud vəziyyət fonunda Hörmüz boğazından keçidin fasiləsizliyinin təmin olunması üçün mümkün variantlar nəzərdən keçirilib.
Məlumata görə, müzakirələr İran rəsmisinin ötən cümə axşamı verdiyi açıqlamadan sonra baş tutub. Həmin açıqlamada bildirilirdi ki, Tehran Oman Sultanlığı ilə birlikdə boğazda tranzit hərəkətinin monitorinqi üçün xüsusi protokol üzərində işləyir.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft tədarükünün təxminən beşdə birinin daşındığı strateji əhəmiyyətli dəniz marşrutlarından biri hesab olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










