Norveçin paytaxtı Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Osloda yaşayan həmyerlilərimiz üçün ilkin olaraq Azərbaycan dili dərsləri ilə fəaliyyətə başlayan məktəb, Norveçdəki Azərbaycan icması tərəfindən böyük dəstək və sevinclə qarşılanıb.
Məktəbin açılış mərasimində layihənin rəhbəri Ramil Əliyev Norveç Azərbaycanlıları Gənclər Təşkilatı “NAYO”, Oslo Azərbaycan Evi və Norveç Koordinasiya Şurasının adından tələbə və valideynləri təbrik edərək, bu layihənin həyata keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib. Ana dilimizin və mədəniyyətimizin digər ölkələrdə yaşamasına rəğmən, öyrənilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb etdiyini deyən Ramil Əliyev, yeni məktəbdə təhsil alacaq tələbələrə uğurlar arzulayıb.
Sonra çıxış edən Nizami Gəncəvi adına həftəsonu məktəbinin Azərbaycan dili müəlliməsi Arzu Rzayeva tələbələrə və onların valideynlərinə dil kursunun proqramı və istifadə olunacaq təhsil metodikası haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan Nizami Gəncəvi adına həftəsonu məktəbi gələcəkdə bir çox digər maraqlı layihələri həyata keçirməyi planlaşdırır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









