Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyanın həcmi 6 milyard 595 milyon 296 min dollar təşkil edib. 2024-cü ildə bu məbləğ 7 milyard 46 milyon 217 min dollar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlamasına həsr olunmuş brifinqdə deyib.
S.Nəsirov bildirib ki, birbaşa xarici investisiya qoyan ölkələrin siyahısında 1-ci yerdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 2-ci Türkiyə, 3-cü yerdə Kipr, 4-cü yerdə BƏƏ, 5-ci yerdə İran qərarlaşıb.
Hesabat dövründə xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyanın həcmi isə 2 milyard 528 milyon 104 min dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 762 milyon 690 min dollar olub. Bu siyahıda da ilk yerdə İsrail, 2-ci yerdə Türkiyə, 3-cü yerdə BƏƏ, 4-cü yerdə İrlandiya Birləşmiş Krallığı, 5-ci yerdə Gürcüstan qərarlaşıb.
Müxbir – Samirə Quliyeva
Fotoqraf – İlqar Cəfərov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










