Peru Respublikası Konqresi tərəfindən 28 – may Respublika Günü ilə bağlı sənəd qəbul edilib.
Peru Respublikası Konqresi tərəfindən Azərbaycan – Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə 28 may – Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasına təbrik sənədi yekdilliklə qəbul edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, qəbul edilmiş sənəd Konqresin birinci vitse-prezidenti xanım Rosa Maria Bartra Barriganın tərəfindən imzalanıb.
Sənəddə Azərbaycan Respublikasının dünya tarixində ilk müsəlman demokratik respublika olduğunu, bu Respublikanın bütün vətəndaşlarının bərabər hüquqlarla təmin edildiyini, ölkəmizin tolerant çoxmillətli və multikultural olduğu qeyd edilir.
İki ölkə arasında diplomatik əlaqələrin 1996-ci ildə qurulduğu xatırlanaraq Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.

















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











