N hərbi hissəsində “Pilotsuz uçuş aparatlarının (PUA) operator-pilot və texnik kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər PUA-nın İkinci Qarabağ müharibəsində effektiv tətbiqindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, kurs zamanı dinləyicilərə PUA-nın sökülüb-yığılması, praktiki uçuşların icrası, həmçinin uçuş və kəşfiyyatın aparılmasının növləri üzrə məşğələlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçular müxtəlif ərazi relyeflərində hava kəşfiyyatı apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə nəzəri və praktiki vərdişləri mənimsəyiblər.
Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










