
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Milli Olimpiya komandasının 5 üzvü “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.
Dövlətimizin başçısı, həmçinin “Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” da Sərəncam imzalayıb. Sərəncama əsasən, ikinci yeri tutan hər bir idmançıya iki yüz min manat, onun məşqçisinə yüz min manat, üçüncü yeri tutan hər bir idmançıya yüz min manat, onun məşqçisinə əlli min manat mükafat müəyyən edilib.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









