
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri postkovid dövründə münasibətlərimizin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











