Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edildi.
Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışıldı, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edildi. Eyni zamanda, Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunuldu.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









