Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edildi. Dövlətimizin başçısı onun ölkəmizlə TOTAL şirkəti arasında əməkdaşlığa töhfə verdiyini vurğuladı.
Arnaud Breuillac fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili tələbatın ödənilməsi, ixrac potensialının artırılması və yeni bazarlara çıxışın əldə edilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olundu.
Görüşdə ölkəmizlə TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









