Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri mövzusuna toxunulub, seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib, bu seçkilərdə xeyli sayda namizədlərin qeydə alınmasının, müşahidəçilərin fəal iştirakının önəmi vurğulanıb, bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi dəyərləndirilib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan rəhbərliyi seçki prosesinin ədalətli, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










