
Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə Kral VI Məhəmmədə ünvanladığı təbrik məktubunda ifadə edib.
“Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədi və onun simasında qardaş Mərakeş xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən səmimi arzularını çatdırıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










