APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda soyqırım törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan qətlə yetirilib”.
BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 4 qətnamə qəbul etdiyini xatırladan prezident qeyd edib ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğunu söyləyib.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










