Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələrinin bu gün uğurla inkişaf etdiyi vurğulayıb.
Təbrik məktubunda, həmçinin deyilir: “İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










