Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xanım Qabriela Barona VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və orada çıxışına görə minnətdarlığını bildirdi.
Xanım Qabriela Baron bu tədbirə dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O qeyd etdi ki, bu tədbirdə Meksika parlamentinin deputatı olması ilə yanaşı, Parlamentlərarası İttifaqın prezidenti qismində də iştirak etməsi onun üçün böyük önəm daşıyır. Belə ki, bu təşkilat bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçirilməsini planlaşdırır. Xanım Qabriela Baron Azərbaycanın bu mühüm tədbirə də ev sahibliyi etməsinə görə minnətdarlığını bildirdi və bunu çox yaxşı təşəbbüs kimi dəyərləndirdi.
Söhbət zamanı Bakıda keçirilən Forumun ölkələr və xalqlar arasında əlaqələrin, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulandı.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










