
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Feridun Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi.
Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı.
ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi.
Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu.
Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu dedi.
Görüşdə Azərbaycan ilə ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











