
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd etdi və vurğuladı ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu dedi.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd etdi ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.
Slovakiya Baş nazirinin müavini dedi ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.
Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini dedi, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğuladı.
Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











