
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.
Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.
Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri yüksək qiymətləndirildi.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











