
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, ölkələrimizin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulandı.
Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd etdi.
Zukan Helez ölkəmizin Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırdı və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını dedi.
Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalandığını qeyd etdi və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğuladı.
Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıldı.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









