
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.
Məsrur Bərzani vurğuladı ki, İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərlərindən, o cümlədən COP zamanı ölkəmizə gəlməsindən çox məmnundur.
Söhbət zamanı Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasında birbaşa təmasların yaradılmasının və biznes-forumların keçirilməsinin vacibliyi qeyd olundu.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











